Bakı. 13 oktyabr. REPORT.AZ/ İraqın əsasən kürdlərin yaşadığı Qara Təpə şəhərində silsilə partlayışlar nəticəsində ən azı 50 nəfər həlak olub. Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.
Partlayışları "İslam Dövləti" qruplaşması tərəfindən göndərilən kamikadzelər törədiblər.
Ölənlərin əksəriyyəti hərbçilər və İŞİD qruplaşması ilə mübarizə üçün yığılan döyüşçülər olub.
Bundan başqa, yolda qoyulan bombanın partlaması nəticəsində İraqın Anbar vilayətinin polis rəisi ölüb. O, əyalətin paytaxtı olan Ramadi şəhərindən şimala doğru yollandığı zaman partlayıcı qurğu işə düşüb.