Yuxarı

İraqda baş vermiş yol qəzasında 17 nəfər ölüb

Hadisə ölkənin şimalındakı El-Küt şəhərində baş verib

Bakı. 9 iyul. REPORT.AZ/ İraqda ağır yol qəzası baş verib. "Report" xəbər verir ki, bu barədə "Əs-Sumariya" telekanalı məlumat yayıb. 

Hadisə ölkənin şimalındakı El-Küt şəhərində baş verib. Hadisəyə səbəb sərnişin avtobusunun yoldan çıxması və qarşıdan gələn minik avtomobili ilə toqquşmasıdır.

Qəza nəticəsində 17 nəfər həlak olub. 

Polis hadisə yerində işləyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi