İŞİD-in İraqda polisə hücum etməsi nəticəsində 7 asayiş keşikçisi həlak olub

İŞİD-in İraqda polisə hücum etməsi nəticəsində 7 asayiş keşikçisi həlak olub Terrorçuların hücumu Mosula hücumla eyni vaxtda baş verib
Digər ölkələr
2 Yanvar , 2017 08:35
İŞİD-in İraqda polisə hücum etməsi nəticəsində 7 asayiş keşikçisi həlak olub

Bakı. 2 yanvar. REPORT.AZ/ İŞİD terror qruplaşmasının üzvləri İraqın cənubundakı Nəcəf şəhəri yaxınlığında polisin nəzarət-buraxılış məntəqəsinə hücum ediblər.

"Report"un məlumatına görə, bu barədə "MIG News" xəbər verib.

Məlumata görə, hücum nəticəsində 7 polis əməkdaşı həlak olub. Xəbərdə bildirilir ki, terrorçuların hücumu hökumət qüvvələrinin ölkənin şimalındakı Mosul şəhərində İŞİD-ə qarşı geniş miqyaslı əməliyyatla eyni vaxtda baş verib.

Terrorçuların itki verib-vermələri barəsində məlumat verilmir. 

Son xəbərlər

Orphus sistemi