İraqda baş verən partlayış zamanı beş italiyalı hərbçi xəsarət alıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə İtaliya
Qeyd olunub ki, hərbçilər İraq təhlükəsizlik qüvvələrini terrorçu qruplara qarşı öyrədilməsi üçün missiyanın tərkibində olublar.
Yaralanan 5 hərbçiyə dərhal yardım göstərilib. Onlar ABŞ vertolyotları ilə evakuasiya edilərək xəstəxanaya aparılıb.
Beş yaralıdan üçünün vəziyyəti ağırdır. Lakin onların həyatı üçün təhlükə yoxdur.
Bildirilib ki, hadisə barədə hərbçilərin yaxınlarına məlumat verilib.