Bakı. 5 iyul. REPORT.AZ/ İraq hökuməti paytaxt Bağdadda 200-dən çox insanın ölümünə səbəb olan partlayışlardan sonra 5 məhkumu edam edib.
"Report" xəbər verir ki, bu barədə İraqın Ədliyyə Nazirliyinə istinadən "Frans Press" məlumat yayıb.
"Biz istərdik bu səhər 5 məhkuma qarşı ölüm hökmünün edam olunduğunu məlumat verək", — deyə nazirliyin bəyanatında bildirilir.