Yuxarı

​İraqda avtomobilin partladılması nəticəsində 7 nəfər ölüb

Terror aktı nəticəsində 17 nəfər yaralanıb

Bakı. 28 noyabr. REPORT.AZ/ İraqda minalanmış avtomobilin partlaması nəticəsində 7 nəfər ölüb, 17 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Tuz Xurmatu şəhərinin meri Şalal Abdul məlumat verib.

Hücum zamanı hədəf şəhər bazarının girişində qurulan polis blok-postu olub. Partlayıcı qurğu terrorçu-kamikadzenin idarə etdiyi avtomobildə gizlədilib.

Partlayışa görə məsuliyyəti hələ heç kim öz üzərinə götürməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi