Bakı. 24 yanvar. REPORT.AZ/ İraqın paytaxtı Bağdad şəhərində minalanmış avtomobilin partladılması nəticəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, hadisə paytaxtın şərqində yerləşən Ət-Talibiyyə rayonunda qeydə alınıb.
Ərazi polis qüvvələri tərəfindən mühasirəyə alınıb, araşdırma aparılır.