Bakı. 30 iyul. REPORT.AZ/ İraq hökuməti anomal yüksək temperatur səbəbindən cümə axşamından etibarən ölkədə dördgünlük "məzuniyyət" elan edib.
"Report"un "Rosbalt" agentliyinə istinadən verdiyi xəbərə görə, sinoptiklər bildirir ki, ölkə ərazisində yaxın müddətdə termometrlər 50 dərəcə selsidən yuxarı qalxacaq.
Əhaliyə zərurət olmadan evlərini tərk etməmək tövsiyə olunub. İyul ayı ərzində hökumət artıq ikinci dəfədir ki, belə bir addım atmağa məcbur olur. Yay aylarında belə yüksək temperaturlar İraq üçün təbii haldır, lakin enerji çatışmazlığı səbəbindən geniş yayılmış su və elektrik enerjisinin məhdudiyyətlərlə verilməsi, əhalinin çətin vəziyyətə salır.