İraqda ABŞ-ın hərbi vertolyotu qəzaya uğrayıb

İraqda ABŞ-ın hərbi vertolyotu qəzaya uğrayıb Hava gəmisinin göyərtəsində 7 nəfər olub
Digər ölkələr
16 Mart , 2018 03:13
İraqda ABŞ-ın hərbi vertolyotu qəzaya uğrayıb

Bakı. 16 mart. REPORT.AZ/ İraqın Suriya ilə sərhədi yaxınlığında ABŞ-a məxsus "HH-60 Black Hawk" tipli hərbi vertolyot qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə Amerika komandanlığına istinadən ABC telekanalı məlumat yayıb.

Hava gəmisinin göyərtəsində 7 nəfərin olduğu bildirilir.

Telekanalın məlumatına görə, vertolyot vurulmayıb.

Hazırda ölən və xəsarət alanların sayı barədə məlumat yoxdur.

Hadisənin səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi