​İraqda 75 terrorçu məhv edilib

​İraqda 75 terrorçu məhv edilib Əl-Fəllucanın terrorçu İŞİD qruplaşmasından təmizlənməsi istiqamətində mayın 30-da başlayan irimiqyaslı əməliyyat davam edir
Digər ölkələr
31 May , 2016 11:44
​İraqda 75 terrorçu məhv edilib

Bakı. 31 may. REPORT.AZ/ İraqın Əl-Fəlluca şəhərinin azad edilməsinə qatılan təhlükəsizlik qüvvələrinə hücum edən terrorçu İŞİD qruplaşmasının 75 silahlısı öldürülüb. 

"Report" TASS-a istinadən xəbər verir ki, bunu antiterror əməliyyatının komandanı Abdül Vahhav əs-Səid bildirib.

Onun sözlərinə görə, İŞİD qruplaşması bu gün təhlükəsizlik qüvvələrinə hücum etməyə cəhd göstərib: "Qruplaşmanın yüzə yaxın silahlısı Əl-Fəllucanın Ən-Nuaymiya rayonunun cənubuna doğru hərəkət edib. Hərbi Hava Qüvvələrinin havadan dəstəyi nəticəsində 75 terrorçu zərərsizləşdirilib".

Qeyd edək ki, Əl-Fəllucanın terrorçu İŞİD qruplaşmasından təmizlənməsi istiqamətində mayın 30-da başlayan irimiqyaslı hərbi əməliyyatlar davam edir. 

Son xəbərlər

Orphus sistemi