Bakı. 23 mart. REPORT.AZ/ İraqın Səlahəddin əyalətində "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının mövqelərinə endirilən havadan zərbələr nəticəsində 70-dən çox silahlı məhv edilib.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, İraqın Müdafiə Nazirliyindən verilən məlumata görə, bombardıman zamanı terror qruplaşmasının 10 nəqliyyat vasitəsi zərərsizləşdirilib.
İyunun 10-da Mosulun İŞİD tərəfindən ələ keçirilməsindən sonra onun bir sıra rayonlarında toqquşmalar davam etməkdədir.
İraq qüvvələrinə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya aviasiyası dəstək verir.