İraqda 4 polis əməkdaşı terrorçular tərəfindən öldürülüb

İraqda 4 polis əməkdaşı terrorçular tərəfindən öldürülüb Silahlılar hücumdan sonra qaçıb gizləniblər
Digər ölkələr
13 Avqust , 2017 19:35
İraqda 4 polis əməkdaşı terrorçular tərəfindən öldürülüb

Bakı. 13 avqust. REPORT.AZ/ İŞİD terrorçularının İraqın şərqindəki Diyala vilayətindəki polis postuna hücumu nəticəsində hüquq-mühafizə orqanlarının 4 əməkdaşı öldürülüb.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Polkovnik Həbib əş-Şemri agentliyə bildirib ki, İŞİD terrorçuları Ən-Nədadakı neft müəssisəsində yerləşdirilmiş polis postuna hücum ediblər. Silahlılar hücumdan sonra qaçıb gizləniblər.

Terrorçular son vaxtlar Diyalanın neft sənaye mədənlərinə hücumları fəallaşdırıblar. 

Son xəbərlər

Orphus sistemi