İraqda 25 rusiyalı qadın uşaqları ilə birlikdə əsirlikdən xilas edilib

İraqda 25 rusiyalı qadın uşaqları ilə birlikdə əsirlikdən xilas edilib Həmin qadın və uşaqlar məhkəməyədək həbsxanada saxlanılacaqlar
Digər ölkələr
28 Fevral , 2018 16:17
İraqda 25 rusiyalı qadın uşaqları ilə birlikdə əsirlikdən xilas edilib

Bakı. 28 fevral. REPORT.AZ/ İraq hakimiyyəti Rusiya vətəndaşları olan, təxminən, 25 qadını uşaqları ilə birlikdə əsirlikdən xilas edərək Bağdaddakı qadın həbsxanasına yerləşdirib.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Çeçenistan rəhbəri yanında İnsan Hüquqları Şurasının və Yaxın Şərqdəki münaqişə zonasından uşaq və qadınların Rusiyaya qayıtması və axtarışı üzrə İşçi Qrupun üzvü Xeda Saratova bildirib.

Həmin qadın və uşaqlar məhkəməyədək həbsxanada saxlanılacaqlar.

“Bu gün 25 qadın uşaqları ilə birlikdə Mosulda “Haşdi Şabi” silahlı qruplaşmanın əsirliyindən xilas edilərək Bağdaddakı qadın həbsxanasına yerləşdirilib”, - o bildirib.

Bir müddət əvvəl Rusiya Federasiya Şurasının üzvü, Çeçenistan rəhbərinin Yaxın Şərq və Şimali Afrika ölkələrindəki nümayəndəsi Ziyad Sabsabi onların yarım il İranyönlü “Haşdi Şabi” silahlılarının əlində olduqlarını açıqlamışdı.

Onun sözlərinə görə, hazırda İraq həbsxanalarında Rusiya vətəndaşı olan 14 qız və qadın saxlanılır: “Onlar İraq qanunlarına əsasən, terrorçuluq və İraq sərhədini qanunsuz yolla keçməkdə ittiham olunurlar. Həmin insanların taleyi Bağdad məhkəməsinin qərarından sonra müəyyən ediləcək”.

Məlumata görə, fevralın 28-dək Çeçenistan hakimiyyətinin vasitəçiliyi ilə 100-dən çox qadın və uşaq İraq və Suriyadan Rusiyaya qaytarılıb. Onların arasında Çeçenistan, Dağıstan, İnquşetiya, Başqırdıstan, Tver, Nijnevartovsk sakinləri və Qazaxıstan, Özbəkistan vətəndaşları da var. 

Son xəbərlər

Orphus sistemi