Yuxarı

İraq türkmənləri Türkiyədən dəstək istəyib

Sədr Türkiyədən onlara sığınacaq axtaranlar kimi baxılmasını istəmədiklərini, daha çox dəstəklənməyə ehtiyacları olduqlarını deyib

Bakı. 20 aprel. REPORT.AZ/ "Türkmənlər Suriya cəmiyyətinin ikinci yerli etnosudur".

"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bunu Suriya Türkmən Məclisiniin sədri Abdurrəhman Mustafa İstanbulda keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, "Suriya Müxalif İnqilabçı Qüvvələri Milli Koalisiyasında isə etnik təmsilçilərinin sayı yetərli deyil: "Təmsilçilərimizin sayının atrırılması ilə bağlı koalisya ilə prinsipial razılıq əldə edilib" .

Sədr Türkiyədən onlara sığınacaq axtaranlar kimi baxılmasını istəmədiklərini, daha çox dəstəklənməyə ehtiyacları olduqlarını deyib: "Suriyada, özəlliklə ölkənin Humus və Hələb şəhərlərindəki türkmənlərin vəziyyəti çox acınacaqlı və ağırdır. Suriyadakı türkmənlərə daha çox yardım göndərilməlidir".

Abdurrəhman Mustafa bildrilib ki, Suriyadakı türkmən partiyalarının məlumatına əsasən, ölkədə 3,5 milyondan çox türkmən var: "Hadisələr başlayandan bəri koalisiyada yer aldığımız və millətimizin haqlı tələblərini müdafiə etdiyimizi üçün güclü təzyiqlərə məruz qalırıq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi