İraq səfiri İran Xarici İşlər Nazirliyinə çağrılıb

İraq səfiri İran Xarici İşlər Nazirliyinə çağrılıb Bakı. 8 sentyabr. REPORT.AZ/ İraq səfiri Racih Sabır Ubud əl-Musəvi İranın Xarici İşlər Nazirliyinə çağrılıb.
Digər ölkələr
8 Sentyabr , 2018 12:57
İraq səfiri İran Xarici İşlər Nazirliyinə çağrılıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ İraq səfiri Racih Sabır Ubud əl-Musəvi İranın Xarici İşlər Nazirliyinə çağrılıb.

“Report” “Haber 7”yə istinadən xəbər verir ki, buna səbəb İranın Bəsrə şəhərindəki Baş Konsulluğun binasının nümayişçilərin hücumuna məruz qalaraq yandırılmasıdır.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qaseminin yaydığı yazılı açıqlamada İraq səfirinə bütün lazımi xəbərdarlığın edildiyi qeyd olunub.

Bildirilib ki, İraqın hüquq-mühafizə orqanları İranın Bəsrədəki Baş Konsulluğunun binasında təhlükəsizlik tədbirlərini təmin edirlər: “İran Xarici İşlər Nazirliyi Bəsrə polisinin belə bir həssas məsələyə laqeyd yanaşmasına görə narazılığını ifadə edib. İraq hökuməti diplomatik korpusların və onların əməkdaşlarının təhlükəsizliyi ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib”.

İraq səfirindən İranın narazılığını öz ölkəsinin rəhbərliyinə çatdırması və hadisəni törədən şəxslərin tezliklə həbs olunması istənilib.

Qeyd edək ki, sentyabrın 7-də yüzlərlə nümayişçi İranın Bəsrədəki Baş Konsulluğunun binasının qarşısında etiraz aksiyası keçirib. Onlar diplomatik korpusa hücum edərək binaya od vurublar. Bundan sonra İran Xarici İşlər Nazirliyi hadisəni pisləyib. Eyni zamanda İraqla sərhəddə yerləşən Şelamçe buraxılış məntəqəsini bağlayıb. 

Son xəbərlər

Orphus sistemi