Səfir: "İraq öz ərazisindən ABŞ-a İrana qarşı hərbi əməliyyatlar üçün icazə verməyəcək"

Səfir: "İraq öz ərazisindən ABŞ-a İrana qarşı hərbi əməliyyatlar üçün icazə verməyəcək" İraq hökuməti öz ərazisindən ABŞ-a İrana qarşı hərbi əməliyyatlar üçün icazə verməyəcək.
Digər ölkələr
15 May , 2019 19:58
Səfir: İraq öz ərazisindən ABŞ-a İrana qarşı hərbi əməliyyatlar üçün icazə verməyəcək

İraq hökuməti öz ərazisindən ABŞ-a İrana qarşı hərbi əməliyyatlar üçün icazə verməyəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə mayın 15-də İraqın Rusiyadakı səfiri Heydər Mansur Hadi Vaşinqtonla Tehran arasında münasibətlərin gərginləşməsini dəyərləndirərkən bildirib.

“İran suveren ölkədir. Əlbəttə, biz ərazimizdən istifadə edilməsinə icazə vermərik. Ümid edirəm ki, heç nə baş verməyəcək. Bölgədə yeni dağıdıcı müharibəni istəmirik”, - səfir vurğulayıb.

Onun sözlərnə görə, ABŞ-ın dövlət katibi Mayk Pompeonun ötən həftə Bağdada səfəri əvvəlcədən razılaşdırılıb.

Səfir Tehranla olduğu kimi, ölkəsinin Vaşinqtonla əlaqəsindən gərginliyi azaltmaq üçün istifadə etdiklərini bildirib: “İraq problemin yox, onun həllinin bir hissəsi olmaq istəyir”.

Son xəbərlər

Orphus sistemi