İraq qüvvələri Ramadi şəhərinə daxil olub

İraq qüvvələri Ramadi şəhərinə daxil olub Məlumat müstəqil mənbələr tərəfindən təsdiq edilməyib
Digər ölkələr
8 Oktyabr , 2015 01:17
İraq qüvvələri Ramadi şəhərinə daxil olub

Bakı. 8 oktyabr. REPORT.AZ/ İraq ordusu Ənbar vilayətinin Ramadi şəhərinə daxil olub. “Report”un “Amerikanın səsinə” istinadən verdiyi xəbərə görə, İraqın dövlət televiziyası qoşunların minalar və İŞİD-in yerləşdirdiyi tələləri təmizlədikdən sonra qərb bölgəsindən Ramadiyə girdiyini xəbər verib.

Məlumat müstəqil mənbələr tərəfindən təsdiq edilməyib.

Ənbar əməliyyatlarının sözçüsü Yəhya Rəsul, əməliyyatlara hərbi birləşmələrlə yanaşı qəbilə üzvlərinin və şiə könüllülərinin də qatıldığını bildirib.

İraqın baş naziri Heydər Əl-Əbədi isə islamçılara qarşı mübarizəyə xarici qüvvələrin cəlb edilməsinin əleyhinə olduğunu deyib. O, hava zərbələrinin İraq ordusu ilə koordinasiyalı şəkildə həyata keçirilməsinə çağırıb. 

Son xəbərlər

Orphus sistemi