İraq paytaxtında silsilə partlayışlar nəticəsində 13 nəfər ölüb, 38 nəfər isə yaralanıb

İraq paytaxtında silsilə partlayışlar nəticəsində 13 nəfər ölüb, 38 nəfər isə yaralanıb Terror aktları üç məntəqədə törədilib
Digər ölkələr
2 May , 2016 14:01
İraq paytaxtında silsilə partlayışlar nəticəsində 13 nəfər ölüb, 38 nəfər isə yaralanıb

Bakı. 2 may. REPORT.AZ/ İraqın paytaxtı Bağdadda və şəhər ətrafında partlayışlar həyata keçirilib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, terror hücumları nəticəsində ən azı 13 nəfər həlak olub, 38 nəfər isə yaralanıb.

Ən güclü partlayış İraq paytaxtının cənubundakı Saydiya rayonunda baş verib. Mənbələrin məlumatına görə, avtomobilə yerləşdirilmiş partlayıcı qurğunun işə salınması nəticəsində ən azı 10 zəvvar həyatını itirib, 30-a yaxın insan yaralanıb.

Bundan əlavə, paytaxtdan şimalda yerləşən Tarmiya əyalətində həyata keçirilən partlayış 2 nəfərin ölümünə, 6 insanın isə yaralanmasına gətirib çıxarıb. Bağdaddan cənubda yerləşən Xalis məntəqəsində isə yerdə quraşdırılmış fuqasın partlaması nəticəsində 1 nəfər ölüb, ikisi yaralanıb.

Son xəbərlər

Orphus sistemi