İraq parlamenti xarici qoşunların ölkədən çıxarılmasına səs verib

İraq parlamenti xarici qoşunların ölkədən çıxarılmasına səs verib İraq parlamenti ölkə ərazisindəki xarici hərbi qüvvələrin fəaliyyətinin dayandırılmasına səs verib.
Digər ölkələr
275
5 Yanvar , 2020 18:42
İraq parlamenti xarici qoşunların ölkədən çıxarılmasına səs verib

İraq parlamenti ölkə ərazisindəki xarici hərbi qüvvələrin fəaliyyətinin dayandırılmasına səs verib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, ölkə parlamenti eyni zamanda İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiya ilə imzalanmış sazişin qüvvədə olma müddətinin dayandırılmasına səs verib. Parlament xarici qoşunların ölkə ərazisindən çıxarılmasını bəyənib. 

Deputatlar parlamentin fövqəladə iclasında qəbul edilmiş qətnamədə hökumət qarşısında respublikada xarici qüvvələrin hərbi mövcudluğuna son qoymağa və beynəlxalq terrorçuluğa qarşı koalisiya qüvvələri ilə təhlükəsizlik sahəsində bağlanmış razılaşma çərçivəsində işi dayandırmaq barədə öhdəlik qaldırıblar. 

Son xəbərlər

Orphus sistemi