İraq parlamenti ölkə konstitusiyasının dəyişdirilməsinə səs verib

İraq parlamenti ölkə konstitusiyasının dəyişdirilməsinə səs verib İraq Nümayəndələr Məclisi konstitusiyanı dəyişdirmək üçün müvafiq komitə yaratmaq qərarı verərək dövlət məmurlarının bütün imtiyazlarını ləğv edib.
Digər ölkələr
28 oktyabr 2019 14:55
İraq parlamenti ölkə konstitusiyasının dəyişdirilməsinə səs verib

İraq Nümayəndələr Məclisi konstitusiyanı dəyişdirmək üçün müvafiq komitə yaratmaq qərarı verərək dövlət məmurlarının bütün imtiyazlarını ləğv edib.

“Report” TASS-a istinadən xəbər verir ki, sözügedən komitə yeni konstitusiya barədə təkliflərini dörd ay ərzində təqdim etməlidir.

Bununla yanaşı, deputatlar bütün əyalət məclislərini buraxmaq qərarını da veriblər. Yeni seçkilər keçirilənədək yerli hakimiyyət orqanlarına parlamentin müvafiq üzvləri tərəfindən nəzarət ediləcək.

Xatırladaq ki, oktyabrın əvvəlindən İraqda sosial problemlərə qarşı kütləvi etiraz aksiyaları keçirilir. Həmin hadisələr zamanı 150-dən artıq sakin ölüb, 3 mindən artıq xəsarət alan var.

Son xəbərlər

Orphus sistemi