İraq parlamenti: Kərkükdə yalnız mərkəzi hakimiyyətə bağlı təhlükəsizlik qüvvələri fəaliyyət göstərə bilər

İraq parlamenti: Kərkükdə yalnız mərkəzi hakimiyyətə bağlı təhlükəsizlik qüvvələri fəaliyyət göstərə bilər Parlamentdə əhalinin çox toplandığı yerlərdə İsrail bayrağını asanların cəzalandırılması haqqındada qərar qəbul olunub
Digər ölkələr
31 Oktyabr , 2017 21:04
İraq parlamenti: Kərkükdə yalnız mərkəzi hakimiyyətə bağlı təhlükəsizlik qüvvələri fəaliyyət göstərə bilər

Bakı. 31 oktyabr. REPORT.AZ/ İraq parlamenti Kərkükdə mərkəzi hakimiyyətə bağlı təhlükəsizlik qüvvələrindən başqa heç bir silahlı gücün saxlanılmaması haqqında qərar qəbul edib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Kərkükdə mərkəzi İraq hakimiyyətinə bağlı olmayan güclərin qərargahının açılmaması ilə bağlı qərarı təsdiqləyib.

“Parlament Kərkük və mübahisəli başqa bölgələrdə federal təhlükəsizlik qüvvələrindən başqa silahlı güclərin saxlanılmaması və onlara məxsus qərargahın açılmaması barədə qərar qəbul edib”, - deyə parlamentdən yayılan yazılı açıqlamada vurğulanıb.

Parlamentdə əhalinin çox toplandığı yerlərdə İsrail bayrağını asanların cəzalandırılması haqqında da qərar qəbul olunub. 

Son xəbərlər

Orphus sistemi