Bakı. 30 aprel. REPORT.AZ/ İraq ordusu yüzə yaxın İŞİD yaraqlısını zərərsizləşdirib. "Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə İraq
"İraq Hərb Hava Qüvvələrinin dəstəyi ilə ölkənin təhlükəsizlik qüvvələri İŞİD terrorçu qruplaşmasının azı 94 silahlısını öldürüb. Hərbi əməliyyatlar İraqın 3 əyalətində - Ənbar, Səlahəddin və Bağdadda keçirilib", - məlumatda vurğulanıb.
Xəbərə görə, 60-dan çox silahlı Bağdad əyalətində zərərsizləşdirilib.
Məlumatda bildirilib ki, ölkə paytaxtı ətrafında 20-yə yaxın ev minadan təmizlənib, terrorçuların məsafədən idarə edilən yüzdən artıq partlayıcı qurğu zərəsizləşdirilib.
Ənbar əyələtinin mərkəzi Ramadidə İraq ordusu 30 terrorçu öldürüb.
Xatırladaq ki, İraq ərazisinin 1/3 hissəsi İŞİD-in nəzarəti altındadır.