Bakı. 4 mart. REPORT.AZ/ İraq Ordusunun bölmələri Tikrit rayonunda "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının üzvlərini mühasirəyə almağa başlayıblar.
"Report" xəbər verir ki, bu barədə "The Telegraph" nəşrinə istinadən "İnterfax" məlumat yayıb.
Diktator Səddam Hüseynin doğma şəhəri uğrunda döyüşlər ikinci gündür ki, davam edir. Son günlər İraq Ordusunun şimal istiqamətində hücum tempi aşağı düşüb. Terrorçular mina və snayperlər hesabına hücumu ləngidə biliblər. Daha qızğın döyüşlər isə Tikritin cənubunda yerləşən Əd-Daur şəhərində gedir.
Bununla belə, dövlət qoşunları üç tərəfdən Tikritə yaxınlaşıblar.