İraq ordusu Suriyada İŞİD-in 45 terrorçusunu məhv edib

İraq ordusu Suriyada İŞİD-in 45 terrorçusunu məhv edib Bakı. 24 iyun. REPORT.AZ/ İraqın ordusunun aviasiyası Suriyanın şərqində 45 İŞİD terrorçusunu məhv edib.
Digər ölkələr
24 İyun , 2018 05:13
İraq ordusu Suriyada İŞİD-in 45 terrorçusunu məhv edib

Bakı. 24 iyun. REPORT.AZ/ İraqın ordusunun aviasiyası Suriyanın şərqində 45 İŞİD terrorçusunu məhv edib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" İraqın hərbi komandanlığına istinadən məlumat yayıb.

Bildirilir ki, hava zərbəsi terror qruplaşması rəhbərlərinin görüş keçirdiyi yerə endirilib. Öldürülənlər arasında qruplaşmanın "hərbi nazirinin müavini, "media əmirləri"ndən biri, qruplaşma rəhbərinin şəxsi kuryeri və "polis rəisi" də var.

Ötən ildən başlayaraq İraq Suriyadakı İŞİD əleyhinə bir neçə hava hücumu təşkil edib. Bütün hücumlar rəsmi Dəməşqlə və ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koailiyası ilə razılaşdırılıb.

Son xəbərlər

Orphus sistemi