Yuxarı

İraq ordusu Ramadi şəhərində İŞİD-ə qarşı irəliləyişə nail olub

50-dən çox İŞİD üzvünün öldürüldüyü qeyd olunur

Bakı. 23 dekabr. REPORT.AZ/ İraq hərbi qüvvələri Ramadi şəhərinin bir neçə rayonunu "İŞİD" terrorçularından azad ediblər.

"Report"un "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, İraqın Anti-Terror Xidmətinin sözçüsü Sabah Əl-Nümani bildirib ki, döyüşlər hərbi hava qüvvələrinin köməyi ilə davam edir.

Gün ərzində Al-Bakr və Al-Dubat rayonlarında 35 İŞİD üzvünün öldürüldüyü, 14-ünün isə tutulduğu qeyd olunur.

Şəhərin şimal hissəsində isə daha 18 terrorçunun məhv edildiyi qeyd olunur.

Döyüşlərdə 5 iraqlı hərbçinin də öldüyü bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi