​İraq ordusu Ramadi şəhərinə hücuma keçib

​İraq ordusu Ramadi şəhərinə hücuma keçib Hökumət qoşunları artıq ciddi uğurlar qazanıb
Digər ölkələr
24 May , 2015 06:36
​İraq ordusu Ramadi şəhərinə hücuma keçib

Bakı. 24 may. REPORT.AZ/ İraqın hökumət qüvvələri şiə könüllülərin köməkliyi ilə Ənbar əyalətinin əsas şəhəri olan Ramadinin “İraq-Şam İslam Dövləti” (İŞİD) terror qruplaşması üzvlərindən azad edilməsi məqsədi ilə hücuma keçib.

“Report” xəbər verir ki, hökumət qoşunları Ramadinin ələ keçirilməsi üçün əsas şəhər olan Hüseybəyə hücuma keçiblər və ciddi uğur qazandıqları barədə məlumat ötürüblər.

Hüseybə Ramadinin 8 kilometrliyində yerləşir. İŞİD yaşayış məntəqəsini ötən gün ələ keçirib.

Hökumət qüvvələri hücum nəticəsində polis məntəqəsi və yaxınlıqda yerləşən rayonu azad edə biliblər.

Son xəbərlər

Orphus sistemi