İraq ordusu: “Peşmərgə"nin ələ keçirdiyi ərazilərin hamısında nəzarəti bərpa etmişik”

İraq ordusu: “Peşmərgə"nin ələ keçirdiyi ərazilərin hamısında nəzarəti bərpa etmişik” Məsud Barzani hökuməti 5 bölgənin torpaqlarını zəbt etməklə 30 min kv km torpağı muxtariyyətin ərazsinə qatmışdı
Digər ölkələr
18 Oktyabr , 2017 15:55
İraq ordusu: “Peşmərgənin ələ keçirdiyi ərazilərin hamısında nəzarəti bərpa etmişik”

Bakı. 18 oktyabr. REPORT.AZ/ İraq ordusu ölkənin şimalındakı Kürd Muxtar Əyaləti hökumətinin ələ keçirdiyi ərazilərin hamısı üzərində mərkəzi hakimiyyətin nəzarətini bərpa edib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, məlumatı İraqın Silahlı Qüvvələri yayıb. 

İnformasiyaya əsasən, Kürd Muxtar Əyaləti 2014-cü ildə terrorçu İŞİD qruplaşmasının bölgədəki fəallığından istifadə edərək Kərkük, Sincar, Mahmur, Celavla və Hanekin kimi bölgələri ələ keçirmişdi. Mərkəzi Bağdad hakimiyyəti həmin ərazilərdən çəkilməsi üçün muxtariyyət rəhbərliyinə 48 saat möhlət vermişdi. Bununla da İraqın şimalındakı yerli hökumət 2005-ci ildə qəbul edilən İraq konstitusiyasındakı sərhədlərə qayıdıb.

Məlumata əsasən, Kürd Muxtar Əyalətinin rəhbəri Məsud Barzani hökuməti 5 bölgənin torpaqlarını zəbt etməklə 30 min kv km torpağı muxtariyyətin ərazsinə qatmışdı. 

Son xəbərlər

Orphus sistemi