İraq ordusu Ər-Ruman rayonunu İŞİD-dən azad edərək Suriya ilə sərhədə çıxıb

İraq ordusu Ər-Ruman rayonunu İŞİD-dən azad edərək Suriya ilə sərhədə çıxıb Ordu Fərat çayını keçib və onun sahillərini birləşdirən körpünü ələ keçirib
Digər ölkələr
12 Noyabr , 2017 02:38
İraq ordusu Ər-Ruman rayonunu İŞİD-dən azad edərək Suriya ilə sərhədə çıxıb

Bakı. 12 noyabr. REPORT.AZ/ İraqın hökumət qüvvələri böyük Ər-Ruman rayonunu İŞİD terror qruplaşması yaraqlılarından azad edərək Ənbar əyalətinin qərbində Suriya ilə sərhədə çıxıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü ekstremistlərə qarşı aparılan əməliyyatların komandirlərindən biri olan general Əbdül Əmir Rəşid Yaralla bildirib.

"7-ci piyada diviziyası və 8-ci motoatıcı diviziyanın hissələri yerli tayfaların dəstəyi ilə Fərat çayını keçərək onun sahillərini birləşdirən körpünü ələ keçirib və Ər-Ruman rayonunu tamamilə azad ediblər. Qoşunlar həmçinin 9 kəndi ələ keçiriblər, İraq-Suriya sərhədinə çıxıblar və irəliləməkdə davam edirlər", - deyə "Əs-Sumariya" telekanalı onun sözlərini sitat gətirib.

Son xəbərlər

Orphus sistemi