Yuxarı

​İraq ordusu Anbar əyalətini azad etmək üçün əməliyyata başlayıb

Nazirliyin nümayəndəsi bildirib ki, ordu rəhbərliyinin planına əsasən əyalətin yaşayış məntəqələri azad ediləcək

Bakı. 13 iyul. REPORT.AZ/ İraq ordusu ölkənin Anbar əyalətini İŞİD silahlılarından azad etmək üçün irimiqyaslı əməliyyata başlayıb.

"Report" xairici mətbuata istinadən xəbər verir ki, bunu İraq Müdafiə Nazirliyinin təmsilçisi Yəhya Rəsul əz-Zübeydi bildirib.

Onun sözlərinə görə, hərbi əməliyyat yerli tayfalardan və könüllülərdən ibarət dəstələrin dəstəyi ilə bu gün səhər başlayıb.

Nazirliyin nümayəndəsi bildirib ki, ordu rəhbərliyinin planına əsasən qeyd olunan əyalətin yaşayış məntəqələri azad ediləcək.

Məlumata əsasən, İraq ordusu və könüllülər Anbarın azad edilməsi əməliyyatına 2 aydır hazırlaşır. Son günlər əyalətin mərkəzi Ramadinin İŞİD-dən azad edilməsi üçün Fəllucada da əməliyyat başlayıb.

Qeyd edək ki, Anbar əyalətinin 80%-i İŞİD-in nəzarət altındadır. Paytaxt Bağdaddan 60 km şimal-qərbdə yerləşən Fəlluca isə bütövlükdə onların əlindədir. 

2014-cü il iyunun 14-dən İŞDİ-in nəzarətində olan Mosulun azad edilməsi əməliyyatı isə bu ilin payızınadək təxirə salınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi