İraq Neft Nazirliyi Kərkükdəki neft quyuları ilə bağlı bəyanat yayıb

İraq Neft Nazirliyi Kərkükdəki neft quyuları ilə bağlı bəyanat yayıb Alım Cihad: "Neft quyuları və müəssisələrinin rəhbərləri, texniki heyəti işdən çıxarılıb"
Digər ölkələr
17 Oktyabr , 2017 14:07
İraq Neft Nazirliyi Kərkükdəki neft quyuları ilə bağlı bəyanat yayıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ “Kərkükdəki bütün neft sahələri üzərində mərkəzi hakimiyyət nəzarəti bərpa edib”.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu İraq Neft Nazirliyinin sözçüsü Asim Cihad bildirib. 

“Kərkükdəki bütün neft quyuları və müəssisələrinə nazirliyimiz nəzarət edir. Neft quyuları və müəssisələrinin rəhbərləri, texniki heyəti işdən çıxarılıb", - o deyib.

Qeyd edək ki, İraqın şimalındakı yerli hökumətin “peşmərgə” adlı silahlı dəstələri 2014-cü ildə Kərkükdəki neft quyularına terrorçu İŞİD qruplaşmasının hücumlarından qurtardıqdan sonra özləri nəzarət etməyə başlayıb. 

Son xəbərlər

Orphus sistemi