​İraq Mosul şəhərinə hücum etməyə hazırlaşır

​İraq Mosul şəhərinə hücum etməyə hazırlaşır Hücum cari ilin aprel-may aylarında baş tuta bilər
Digər ölkələr
20 Fevral , 2015 07:33
​İraq Mosul şəhərinə hücum etməyə hazırlaşır

Bakı. 20 fevral. REPORT.AZ/ Amerika hərbçilərinin məlumatına görə, İraq və kürd silahlı qüvvələri ölkənin böyüklüyünə görə ikinci şəhəri olan Mosula hücum etmək niyyətindədir.

"Report" BBC-yə istinadən xəbər verir ki, şəhər hazırda "İraq-Şam İslam Dövləti" terror qruplaşması üzvlərinin əlindədir.

ABŞ Mərkzi Komandanlığının nümayəndələri qeyd ediblər ki, hücum cari ilin aprel-may aylarında amerikalı təlimatçıların hazırladıqları 25 minədək hərbçinin iştirakı ilə baş tuta bilər.

Son xəbərlər

Orphus sistemi