Bakı. 1 oktyabr. REPORT.AZ/ İraq Kürdüstanı parlamenti müstəqilliyə dair referendumun keçirilməsindən sonra İraq federal hökumətinin muxtariyyətə qarşı qəbul etdiyi bütün qərarları rədd edib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Bağdadın fərmanlarına əməl etməmək barədə qərar yekdilliklə qəbul olunub.
Xüsusilə, bundan əvvəl İraqın Mülki Aviasiya İdarəsi Ərbil və Süleymaniyyə hava limanları arasında beynəlxalq aviaəlaqənin bağlandığını elan edib.
Sentyabrın 25-də İraq Kürdüstanında müstəqilliyə dair referendum keçirilib. Regionun yeni ölkə elan olunması lehinə seçicilərin 91 faizdən çoxu səs verib.