İraq Kərkük vilayətinin İŞİD terrorçularından təmizlənməsi üçün əməliyyata başlayıb

İraq Kərkük vilayətinin İŞİD terrorçularından təmizlənməsi üçün əməliyyata başlayıb Əməliyyatın məqsədi Kərkük şəhərinin qərbindəki bütün torpaqları yaraqlılardan təmizləməkdir
Digər ölkələr
29 Sentyabr , 2017 13:43
İraq Kərkük vilayətinin İŞİD terrorçularından təmizlənməsi üçün əməliyyata başlayıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ İraq hərbçiləri Kərkük vilayətinin Əl-Hüveycə şəhərinin İŞİD terror qruplaşmasından təmizlənməsi üçün əməliyyata başlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanı, ölkənin baş naziri Heydər əl-İbadi məlumat verib.

Onun sözlərinə görə, əməliyyatın məqsədi Kərkük şəhərinin qərbindəki bütün torpaqları yaraqlılardan təmizləməkdir.

Əməliyyatlarda federal polisin bölmələri, Daxili İşlər Nazirliyinin çevik alayları, xüsusi təyinatlılar, eləcə də "Haşdi Şabi" və yerli qəbilələrin mücahidləri iştirak edirlər. İraq Hərbi Hava Qüvvələri də əməliyyata havadan dəstək verir.

Son xəbərlər

Orphus sistemi