İraq "İslam Dövləti"nə qarşı qurudan hücuma başlayıb

İraq "İslam Dövləti"nə qarşı qurudan hücuma başlayıb Koalisiya tərəfindən həyata keçirilən hava hücumları İslam Dövlətinin mövqelərini zəiflədib
Digər ölkələr
29 May , 2015 23:07
İraq İslam Dövlətinə qarşı qurudan hücuma başlayıb

Bakı. 29May. REPORT.AZ/ Iraq höküməti itirdiyi torpaqları geri almaq məqsədilə "İslam Dövləti" terrorçularına qarşı hücuma başlayıb.

"Report" Amerikanın Səsinə istinadən xəbər verir ki, yerli kürd və şiə yarı-hərbi dəstələr işğalçı radikal qrupa qarşı döyüşdə hökümət qüvvələrinə qoşulublar və koalisiya hava hücumları tərəfindən dəstəklənirlər.

Ölkənin şimalında yerləşən hərbi bazadakı İraq qoşunları qurudan hücuma hazır vəziyyətdədirlər. Onların komandiri deyir ki, polis və yerli qəbilələrin yarı-hərbi dəstələri də döyüşdə iştirak edəcək.

Koalisiya tərəfindən həyata keçirilən hava hücumları qurudan hücumlara başlamadan öncə artıq İslam Dövlətinin mövqelərini zəiflətməyə başlayıb.

Çərşənbə günü İraqın xüsusi qüvvələri və hərbiləşdirilmiş şiə döyüşçüləri yaraqlılardan əsas neftayırma zavodunu yaraqlılardan almaq üçün döyüşüblər.

Son il ərzində böyük Baici neftayırma kompleksinə bir neçə müxtəlif qrup nəzarət edib. 

Son xəbərlər

Orphus sistemi