İraq hökuməti ABŞ vətəndaşlarının ölkəyə buraxılmayacağı barədə xəbərdarlıq edib

İraq hökuməti ABŞ vətəndaşlarının ölkəyə buraxılmayacağı barədə xəbərdarlıq edib İraq Xalq Səfərbərliyi ABŞ vətəndaşlarının İraqdan deportasiyası təklifini irəli sürüb
Digər ölkələr
30 Yanvar , 2017 15:45
İraq hökuməti ABŞ vətəndaşlarının ölkəyə buraxılmayacağı barədə xəbərdarlıq edib

Bakı. 30 yanvar. REPORT.AZ/ İraq hökuməti ABŞ vətəndaşlarının 90 gün müddətinə ölkəyə buraxılmayacağı haqqında xəbərdarlıq edib.

“Report” DHA-ya istinadən xəbər verir ki, bu barədə terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə aparan İraq Xalq Səfərbərliyi bildiriş yayıb.

Məlumata görə, onlar ABŞ vətəndaşlarının İraqdan deportasiya olunmasını təklif edib.

Bu arada İraq parlamenti ABŞ-ın yeni immiqrasiya siyasətinə qarşı cavab tədbirini təsdiqləyib. “Al-Sumaria” telekanalının verdiyi məlumata görə, tədbirlər zərfinin detalları açıqlanmayıb. Səsvermə İraqın baş naziri Heydər əl-İbadinin də iştirakı ilə keçirilib.

Qeyd edək ki, ABŞ-ın yeni prezidenti Donald Trampın imzaladığı fərmana əsasən, İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində Birləşmiş Ştatlar ərazisinə buraxılmayacaq.

Son xəbərlər

Orphus sistemi