Bakı. 14 may. REPORT.AZ/ İraq Hərbi Hava Qüvvələri (HHQ) İŞİD terror qruplaşmasının Suriyadakı mövqelərinə hava hücumu həyata keçirib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələrinin birgə əməliyyatlar komandanlığından məlumat verilib.
Məlumata görə, "F-16" təyyarələri Suriya ərazisində hava əməliyyatı keçirib və nəticədə İŞİD-in komanda qərargahı və logistik dəstək mərkəzi məhv edilib.