Yuxarı

​İraq Hərbi Hava Qüvvələri İŞİD-in 7 komandirini məhv edib

Öldürülənlər arasında İŞİD-in kəşfiyyat və təhlükəsizlik üzrə başçısı da var

Bakı. 31 may. REPORT.AZ/ İraq Hərbi Hava Qüvvələrinin raket və bomba zərbələri nəticəsində İŞİD terror qruplaşmasının 7 lideri məhv edilib. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İraq Hərbi Komandanlığının məlumat bürosu məlumat yayıb.

Məlumata görə, avia zərbələr terrorçuların Suriya ilə sərhəddəki Ənbar vilayətindəki mövqelərinə endirilib. Öldürülənlər arasında İŞİD-in kəşfiyyat və təhlükəsizlik üzrə başçısı da var. 

Bununla yanaşı, terror qruplaşmasının rəhbəri Əbu Bəkr əl-Bağdadinin yaxın köməkçisi, Suriya və İraqda həyata keçirilən əməliyyatlarda iştirak edən hərbi birləşmələrin rəhbərləri, habelə Əfvrat vilayətinin şəriət məhkəməsinin rəhbəri də zərərsizləşdirilənlər arasındadır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi