İraq ordusu Mosula daxil olub - YENİLƏNİB

İraq ordusu Mosula daxil olub - YENİLƏNİB Hazırda Karamada döyüşlər gedir
Digər ölkələr
31 Oktyabr , 2016 16:40
İraq ordusu Mosula daxil olub - YENİLƏNİB

Bakı. 31 oktyabr. REPORT.AZ/ İraq ordusu Mosulun Karama rayonuna girib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, hərbçilər ilk dəfə şəhərə daxil olublar. 

ABŞ tərəfindən yaradılan terrora qarşı mübarizə dəstəsindən general Vissam Araci bildirib: "Mosula girdilər... Hazırda Karamada döyüşlər gedir".

Qeyd edək ki, Mosulun terrorçu İŞİD qruplaşmasında təmizlənməsi əməliyyatına oktyabrın 17-dən başlanılıb.

*** saat 15:49

Bakı. 31 oktyabr. REPORT.AZ/ "Mosulun mərkəzinə daxil olmağımıza bir neçə yüz metr qalıb".

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, bunu İraq ordusunun komandanı bildirib.

Məlumata görə, İraq ordusunun xüsusi təyinatlı hərbi dəstəsi bir neçə saata şəhərə daxil olacaqlarını bəyan edib. 

Son xəbərlər

Orphus sistemi