​İraq hərbçiləri Ər-Rəmadi şəhərinin mərkəzini nəzarətə götürüb

​İraq hərbçiləri Ər-Rəmadi şəhərinin mərkəzini nəzarətə götürüb Hazırda yaraqlıların şəhər daxilində sağ qalmış hissəsinin üzərinə hücumlar davam edir
Digər ölkələr
17 Noyabr , 2015 05:35
​İraq hərbçiləri Ər-Rəmadi şəhərinin mərkəzini nəzarətə götürüb

Bakı. 17 noyabr. REPORT.AZ/ İraq qoşunları "İraq-Şam İslam Dövləti" terror qruplaşması (İŞİD) silahlılarını Ənbar əyalətinin inzibati mərkəzi olan Ər-Rəmadi şəhərinin mərkəzindən çıxarıblar və ədliyyə binasını azad ediblər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə hərbi əməliyyat komandirlərindən biri olan Seyf Əli məlumat verib.

"Terrorçuluqla mübarizə qüvvələri çoxsaylı İŞİD terrorçularını məhv edərək Ər-Rəmadi şəhərindəki ədliyyə binasını azad edə və üzərində İraq bayrağını ucalda biliblər", - deyə Seyf Əli bildirib.

İndi İraq qoşunları yaraqlıların şəhər daxilində sağ qalmış hissəsinin üzərinə hücumları davam etdirirlər.

Son xəbərlər

Orphus sistemi