İraq hərbçiləri İŞİD-in 70 terrorçusunu zərərsizləşdirib

İraq hərbçiləri İŞİD-in 70 terrorçusunu zərərsizləşdirib Terrorçuların girov götürdüyü 230 nəfər azad edilib
Digər ölkələr
2 Sentyabr , 2015 12:26
İraq hərbçiləri İŞİD-in 70 terrorçusunu zərərsizləşdirib

Bakı. 2 sentyabr. REPORT.AZ/ İraqın Anbar əyalətində hərbçilərlə İŞİD silahlıları arasındakı atışma nəticəsində 70 terrorçu zərərsizləşdirilib, onlara məxsus 12 texnika müsadirə olunub. 

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu haqda İraq ordusunun 7-ci korpusunun komandiri Numan Abdulzubey bildirib.

Onun sözlərinə görə, Anbar əyalətinin mərkəzi Ramadanın 160 km qərbində yerləşən Hadisə rayonunda təhlükəszilik qüvvələri terrorçuların hücumuna cavab veriblər. Nəticədə 70 silahlı zərərsizləşdirilib, ağır silahların daşınması üçün istifadə edilən 12 texniki vasitə götürülüb.

Ramadan şəhərinin qərbində yerləşən Ər-Ratba yaşayış məntəqəsində İŞİD-in girov götürdüyü 230 nəfər isə azad edilib.

Son xəbərlər

Orphus sistemi