İraq Böyük Britaniyanı məhkəməyə verəcək

İraq Böyük Britaniyanı məhkəməyə verəcək Ölkə parlamenti hökumətdən iddia qaldırmağı tələb edəcək
Digər ölkələr
6 İyul , 2016 16:19
İraq Böyük Britaniyanı məhkəməyə verəcək

Bakı. 6 iyul. REPORT.AZ/ İraq parlamenti hökumətdən Böyük Britaniyaya qarşı 2003-cü ildəki hərbi müdaxiləyə görə iddia qaldırmağı tələb edəcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İraq parlamentinin deputatı Aliyə Nasıf bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Böyük Britaniyada xüsusi komissiya ABŞ və Britaniyanın İraqa hərbi müdaxiləsi ilə bağlı araşdırmasının nəticələrini açıqlayıb. Komissiya həmin dövrdə baş nazir olan Toni Blerin rəhbərliyi altındakı Britaniya hökumətinin İraqda hərbi əməliyyatlara başlamaqla səhvə yol verdiyi qənaətinə gəlib. 

Xatırladaq ki, T.Bler Britaniyanın İraqda hərbi əməliyyatlarda iştirakı ilə bağlı səhvlərə görə tam məsuliyyət daşıdığını bəyan edib. 

Son xəbərlər

Orphus sistemi