Bakı. 31 mart. REPORT.AZ/ İraqın baş naziri Heydər əl-Abadi yeni kabinet üzvlərinin siyahısını parlamentə təqdim edib.
"Report" TASS-a istinadən xəbər verir ki, daha əvvəl deputatlar yeni kabinetin formalaşmasının ən son müddəti kimi martın 31-nin təyin olunmasına səs vermişdi. Qanunverici orqanın üzvləri hətta baş nazirin bu addımı atmayacağı təqdirdə onun ünvanına parlament sorğusu göndərəcəklərini bildirmişdi.
"Nazirlər Kabinetinin başçısı Heydər əl-Abadi Nümayəndələr Şurasının (parlament) iclasında iştirak edərək genişmiqyaslı islahatlar barədə çıxış edib və nazir vəzifəsinə xüsusi yaradılmış komitə tərəfindən seçilmiş namizədlərin adlarını açıqlayıb", - deyə Nazirlər Kabinetinin bəyanatında qeyd olunub.