İraq ABŞ vətəndaşlarının ölkəyə girişinə qadağa qoymayacaq

İraq ABŞ vətəndaşlarının ölkəyə girişinə qadağa qoymayacaq Bağdad İŞİD ilə mübarizədə Vaşinqtonun dəstəyini itirmək istəmir
Digər ölkələr
1 Fevral , 2017 01:17
İraq ABŞ vətəndaşlarının ölkəyə girişinə qadağa qoymayacaq

Bakı. 1 fevral. REPORT.AZ/ İraq Vaşinqtonun analoji addımına cavab olaraq ABŞ vətəndaşlarının ölkəyə girişinə qadağa tətbiq etməmək qərarına gəlib.

"Report" xəbər verir ki, bunu İraqın baş naziri Heydər əl-Abadi deyib.

Onun sözlərinə görə, Bağdad İŞİD terror qruplaşması ilə mübarizədə Birləşmiş Ştatların dəstəyini itirmək istəmir.

ABŞ İŞİD terrorçuları ilə döyüşən İraq hərbçilərinə hava və qurudan dəstək verir.

ABŞ prezidenti Donald Tramp ötən həftə ölkəyə giriş qaydalarını sərtləşdirən, eləcə də İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının Birləşmiş Ştatlara girişinə 90 gün müddətinə qadağa qoyan sənəd imzalayıb.

Son xəbərlər

Orphus sistemi