İranyönlü silahlı qruplaşmaya İraqın hərbi birləşməsi statusu verilib

İranyönlü silahlı qruplaşmaya İraqın hərbi birləşməsi statusu verilib Baş nazir: “Haşdi Şəbi”yə aid bütün qruplar İraqın dövlət rəmzlərini daşıyır və onu qoruyurlar”
Digər ölkələr
28 Noyabr , 2016 11:45
İranyönlü silahlı qruplaşmaya İraqın hərbi birləşməsi statusu verilib

Bakı. 28 noyabr. REPORT.AZ/ İraq parlamenti İranyönlü “Haşdi Şəbi” silahlı qruplaşmasına ölkə Silahlı Qüvvələrinin hərbçi birləşməsi statusu verib.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu İraqın baş naziri Heydər əl-İbadi bildirib. 

O qeyd edib ki, “Haşdi Şəbi”yə aid bütün qruplar İraqın dövlət rəmzlərini daşıyır və onu qoruyurlar”.

Parlamentin qəbul etdiyi uyğun əsasnamədə bildirilib: “Haşdi-Şəbi”yə aid bütün qruplar İraq baş nazirinin əmr və təlimatları əsasında fəaliyyət göstərir; qruplaşmanın təmsilçiləri əmək haqqı, mükafat və təqaüd haqqına sahibdirlər”.

İnformasiyaya görə, İraq parlamentindəki 327 deputatın 208-i bu qanun layihəsinin lehinə səs verib.

Qeyd edək ki, bu silahlı qruplaşmanın İraqda terrorçu İŞİD-ə qarşı mübarizə apardığı bildirilir. 

Son xəbərlər

Orphus sistemi