Bakı. 13 dekabr. REPORT.AZ/ İranın “Charming Kitten” adlı haker qrupu ABŞ-ın bəzi rəsmi şəxslərinin e-mail ünvanlarını dağıdıb.
“Report” “Associated Press”ə istinadən xəbər verir ki, hakerlərin hədəfində həmçinin İranın nüvə proqramına dair sazişin yüksək rütbəli tərəfdar və əleyhdarları, ölkənin ictimai xadimləri, ərəb ölkələrinin nüvə fizikası sahəsindəki alimləri də var.
Kiber hücuma məruz qalanlardan biri olan Amerika Sahibkarlıq İnstitutunun tədqiqatçısı Frederik Kaqan bu hücumun ABŞ-ın İrana qarşı yeni sanksiyaları ilə bağlı ola biləcəyini və İran hökuməti tərəfindən təşkil olunduğunu qeyd edib.