Yuxarı

İranla "altılıq" ölkələri arasında növbəti nüvə müzakirələri Nyu-Yorkda keçirilə bilər

Son qərar tərəflər arasında keçirilən iclasda qəbul oluna bilər

Bakı. 24 aprel. REPORT.AZ/ "Altılıq" ölkələri İranla nüvə danışıqlarının növbəti raundunu gələn həftə Nyu-Yorkda keçirməyə hazırdır. 

"Report" xəbər verir ki, bu barədə "TASS" agentliyi mənbəyə istinadən məlumat yayıb. Mənbə bildirir ki, həftənin ortalarında ABŞ-da ilk öncə ekspertlər görüşə bilər, daha sonra isə danışıqlara siyasi direktorların qoşulması da mümkündür. 

"Məsələ axşam saatlarında İranla "altılıq" ölkələrinin plenar iclasında həll oluna bilər. Son qərar konsensus yolu ilə qəbul edilməlidir", - mənbə bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi