İranın təhlükəsizlik qüvvələri terror qruplaşmasını zərərsizləşdirib

İranın təhlükəsizlik qüvvələri terror qruplaşmasını zərərsizləşdirib Xüsusi əməliyyat zamanı terror özəyinin lideri Ənsar əl-Furkan öldürülüb
Digər ölkələr
24 İyun , 2017 02:11
İranın təhlükəsizlik qüvvələri terror qruplaşmasını zərərsizləşdirib

Bakı. 24 iyun. REPORT.AZ/ İranın təhlükəsizlik qüvvələri ölkənin qərbindəki Kürdüstan vilayətində terror qruplaşmasını zərərsizləşdirib.

"Report" xəbər verir ki, bu barədə "PressTV" İslam İnqilabı Keşikçiləri Korpusuna istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun bölmələri ölkədə terror aktı planlaşdıran terrorçularla silahlı qarşıdurma zamanı 3 terrorçunu məhv edib. Habelə 1 terrorçu ələ keçirilib.

İslam İnqilabı Keşikçiləri Korpusu həmçinin həftə ərzində terrorçulara qarşı xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı terror özəyinin lideri Ənsar əl-Furkan öldürülüb.

Bundan əlavə, əməliyyat zamanı bir neçə terrorçu da zərərsizləşdirilib, partlayıcı maddə məhv edilib, 700 kiloqram partlayıcı maddə, bomba, külli miqdarda silah müsadirə olunub.  

Son xəbərlər

Orphus sistemi