Yuxarı

İranın nüvə proqramına dair saziş bu gün imzalana bilər

Tehran beynəlxalq embarqonun dərhal ləğv edilməsi ilə bağlı mövqeyinə yenidən baxmağa hazırdır

Bakı. 13 iyul. REPORT.AZ/ İranla “altılıq” ölkələri (BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və Almaniya) arasında Cenevrədə aparılan nüvə danışıqlarında yekun razılaşma sənədi bu gün imzalana bilər.

"Report"un İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, İran nümayəndə heyətindəki mənbə deyib ki, danışıqlar masasında bir sıra problemli məqam qalsa da, razılaşma iyulun 13-də əldə oluna bilər.

Onun sözlərinə görə, Tehran beynəlxalq embarqonun dərhal ləğv edilməsi ilə bağlı mövqeyinə yenidən baxmağa hazırdır.

Rusiya Tehranı dəstəkləyərək bildirir ki, razılaşma sənədi qüvvəyə mindiyi gün embarqo tamamilə götürülməlidir.

Lakin ABŞ xüsusi ilə silah embarqosunun 8 il sonra dayandırılmasını təklif edir. Çin isə hesab edir ki, sözü gedən embarqonun ləğvi üçün iki il kifayətdir.

Mənbə hesab edir ki, Tehran güzəştə gedərək "Çin variantına" üstünlük verəcək və beləliklə yekun sənəd imzalanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi