İranın nüvə proqramına dair danışıqlar cümə gününə qədər davam etdiriləcək

İranın nüvə proqramına dair danışıqlar cümə gününə qədər davam etdiriləcək İran rəsmilərinin BMT-nin silah embarqosunun qaldırılması şərtini irəli sürməsi yeni problem yaradıb
Digər ölkələr
8 İyul , 2015 01:21
İranın nüvə proqramına dair danışıqlar cümə gününə qədər davam etdiriləcək

Bakı. 8 iyul. REPORT.AZ/ İran və "altılıq" dövlətləri arasında nüvə razılaşmasının əldə edilməsi məqsədilə aparılan danışıqların müddəti cümə gününə qədər uzadılıb.

"Report"un "Amerikanın Səsi"nə istinadən verdiyi xəbərə görə, İran rəsmilərinin BMT-nin silah embarqosunun aradan qaldırılması şərtini irəli sürməsi yeni problem yaradıb. Qərb ölkələri bunun əleyhinədir.

Əgər tərəflər arasında razılıq cümə axşamı gününə qədər əldə edilsə, ABŞ Konqresinin razılıq sənədini nəzərdən keçirməsi və tətbiq edilmiş bəzi sanksiyaların aradan qaldırılması məsələsini səsverməyə qoyması üçün 30 gün müddəti olacaq. Əgər razılaşma cümə axşamı günündən sonra əldə edilsə, sənədin Konqresdə nəzərdən keçirilməsi üçün 60 gün tələb olunacaq.

Son xəbərlər

Orphus sistemi