Con Kerri: "İranın nüvə proqramı ilə bağlı martın sonuna kimi yekun razılaşma əldə oluna bilər"

Con Kerri: "İranın nüvə proqramı ilə bağlı martın sonuna kimi yekun razılaşma əldə oluna bilər" "İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub, lakin mühüm məsələlərdə boşluqlar hələ də qalır"
Digər ölkələr
123
14 Mart , 2015 15:32
Con Kerri: İranın nüvə proqramı ilə bağlı martın sonuna kimi yekun razılaşma əldə oluna bilər

Bakı. 14 mart. REPORT.AZ/ ""Altılıq" ölkələri İranla nüvə problemi üzrə danışıqlarda müəyyən tərəqqi əldə edib. İranın nüvə proqramı ilə bağlı martın sonuna kimi yekun razılaşma əldə oluna bilər". "Report" "RİA Novosti"yə istinadən bildirir ki, bunu ABŞ-ın dövlət katibi Con Kerri Misirin Şarm əl-Şeyx şəhərinə səfəri zamanı deyib.

"İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub, lakin mühüm məsələlərdə boşluqlar hələ də qalır", - ABŞ dövlət katibi bildirib.

Son xəbərlər

Orphus sistemi